Dekabrın sonunda Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin qeyri-rəsmi zirvə görüşü keçiriləcək.
Bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.
“Sizi dekabrın sonunda Sankt-Peterburqda MDB-yə üzv ölkələrin başçılarının qeyri-rəsmi, səmimi görüşünün keçiriləcəyi barədə məlumatlandırıram”, – deyə Y.Uşakov bildirib.