Qərbin istənilən yolla öz hökmranlığını saxlamaq cəhdləri nəticəsində dünyada münaqişə potensialı artır.
Bunu Rusiya Prezidenti Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatı və MDB-yə üzv dövlətlərinin müdafiə nazirlikləri nazirlərinin iclasının iştirakçılarına videomüraciətdə bildirib.
O, Qərbin qəsdən xaosun artmasına və beynəlxalq vəziyyətin gərginləşməsinə getdiyini söyləyib.
Putin qeyd edib ki, Qərb Ukraynanı müstəmləkəyə çevirib və Ukrayna xalqından Rusiyaya qarşı yem kimi istifadə edir.