7 C
Baku
Sunday, December 15, 2024

Dünya üzrə milyarderlərin sərvəti $400 mlrd. azalıb

Dünya üzrə milyarderlərin ümumi sərvəti 2021-ci ildəki 13.1 trilyon dollardan 2022-ci ildə 12.7 trilyon dollara qədər azalıb. İsveçrənin “UBS” bankının məlumatına görə, bu ilin martına qədər milyarderlərin sayı əvvəlki ilin mart ayı ilə müqayisədə 87 nəfər azalıb. Araşdırmaya görə, 2022-ci ilin mart ayından etibarən dünyada milyarderlərin ümumi sərvəti və onların sayı azalmaqda davam edir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Qeyd olunur ki, ən ciddi dəyişikliklər maliyyə və investisiya sahəsində müşahidə olunub – il ərzində bu sektorda 50 yeni milyarder peyda olub, 30 nəfər isə bu kateqoriyadan çıxıb. Analitiklər hesab edirlər ki, bu dalğalanma daimi innovasiyalar və aşağı giriş hədləri ilə sektorun dinamikasını əks etdirir. Araşdırmanın məlumatına görə, istehsal sektorunda milyarderlərin sayı 7 nəfər azalaraq 338-ə düşüb.

Bloomberg-in iyun ayında apardığı sorğuya görə, dünyanın 500 ən varlı adamı bu il ümumilikdə 1/4 trilyon dollar itirib. Eyni zamanda, analitiklər 2021-ci ildə tendensiyanın əksinə olduğunu bildiriblər: o vaxt sürətlə inkişaf edən bazarlar dünyada varlı insanların sayını təxminən 8% artırıb.

Son xəbərlər
Digər xəbərlər