Yaponiya Müdafiə Nazirliyi ölkənin şimalındakı Hokkaydo və cənub-qərbindəki Küsü adalarında 1 000 km-dək mənzilli hipersəs silahları yerləşdirməyi planlaşdırır.
Bu barədə NHK telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə 2026-cı ilə qədər Müdafiə Nazirliyi quru özünümüdafiə qüvvələrinin tərkibində iki yeni bölmə yaratmaq niyyətindədir. Onlar planlaşdırılışmış hipersəs döyüş bloklu ballistik raketlərin buraxılışı üçün nəzərdə tutulmuş qurğuları idarə etməli olacaqlar. Müəyyən hündürlüyə çatdıqdan sonra blok daşıyıcı raketdən ayrılır və hədəfi planlaşdırır.
Onların qarşısını almaq adi raketlərdən daha çətin hesab olunur.