ABŞ kosmosa və kiberməkana nüvə çəkindiriciləri inteqrasiya edir.
Bunu Pentaqon rəhbəri Lloyd Ostin ölkənin STRATCOM Strateji Komandanlığının hərbçiləri ilə görüşündə deyib.
“Nüvə potensialımız vakuumda mövcud deyil. Buna görə də biz nüvə çəkindirmə imkanlarımızı bütün sahələrdə, o cümlədən kosmosda və kiberməkanda inteqrasiya etməliyik”, – o deyib.
Onun sözlərinə görə, bu cür inteqrasiya dünyada “münaqişələrin və fəlakətlərin qarşısını almaq üçün hər zamankindən daha çox lazımdır”.
“Biz hamımız başa düşürük ki, nüvə çəkindiriciliyi sadəcə rəqəmlərlə oyun deyil. Əslində, bu cür düşüncə təhlükəli silahlanma yarışına səbəb ola bilər”, – müdafiə idarəsinin başçısı vurğulayıb.