16 C
Baku
Wednesday, October 30, 2024

Yaponiya Əfqanıstana 106 milyon dollar yardım edib

Yaponiya Əfqanıstana 106 milyon dollar yardım edib.

Bu barədə “Taliban”ın sözçüsü Abdul Qahar Balxi bildirib.

Onun sözlərinə görə, “Taliban”ın xarici işlər naziri Əmir Xan Müttəki ölkəsinə göstərdiyi 100 milyon dollardan çox yardıma görə Yaponiya hökumətinə təşəkkür edib.

Öz növbəsində, səfir Okada Takeşi bildirib ki, Yaponiya gələn ildən BMT Təhlükəsizlik Şurasının üzvü kimi öz səlahiyyətlərini yerinə yetirəcək və BMT-nin bu qurumunda Əfqanıstanla bağlı müsbət rol oynamağa çalışacaq.

Qeyd edək ki, Yaponiya səfirliyi oktyabrda Kabildə işini bərpa edib.

Son xəbərlər
Digər xəbərlər