1 C
Baku
Saturday, December 14, 2024

KİV: Amerikalıların əksəriyyəti Baydenin yenidən prezident seçilməsini istəmir

Amerikalı respondentlərin 70 faizi Prezident Cozef Baydenin ikinci müddətə namizəd olmasını istəmir. Əsas səbəblər sırasında onun yaşı da qeyd edilib.

Bu barədə CNBC-nin ümum-Amerika iqtisadi sorğusunun nəticələrində bildirilib.

Respondentlərin 19 faizi hazırkı prezidenti dəstəkləməyə hazırdır.

Sorğu iştirakçılarının 61 faizi Donald Trampın yenidən prezident seçilməsinə qarşı çıxıb. Rəyi soruşulanların 30 faizinin fikrincə, sabiq prezident namizədliyini irəli sürməlidir. Xatırladaq ki, noyabr ayında Donald Tramp 2024-cü il seçkilərində prezidentliyə namizədliyini irəli sürdüyünü açıqlamışdı.

Sorğu noyabrın 26-dan 30-dək aparılıb və ümumilikdə 801 respondent iştirak edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər