9 C
Baku
Friday, November 29, 2024

Azərbaycanda qiymət artımları dayanmır – İnflyasiya 13.8%-ə çatdı

2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-noyabr aylarına nisbətən 13.8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19.5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8.3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10.4 faiz təşkil etmişdir. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.

Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1.0 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 15.1 faiz təşkil etmişdir.

2022-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1.2 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 20.1 faiz təşkil etmişdir.54654656645

Son xəbərlər
Digər xəbərlər