6 C
Baku
Wednesday, January 15, 2025

Ukraynanın enerji infrastrukturunun 50%-i məhv edilib

Rusiyanın raket zərbələri nəticəsində ölkənin enerji infrastrukturunun 50 faizi məhv edilib.

Bu barədə Prezident Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə telefon söhbətində deyib.

Ukraynanın dövlət başçısı, həmçinin ölkənin enerji sisteminin bərpası istiqamətində ABŞ-ın yardımını xüsusilə vurğulayaraq bu sahədə əməkdaşlığın dərinləşəcəyinə ümidini ifadə edib. O, eyni zamanda Cozef Baydeni Ukraynanın hava hücumundan müdafiə sisteminin formalaşmasına yardım göstərməyə çağırıb.

Qeyd edək ki, Cozef Bayden bir müddət öncə Ukrayna prezidenti ilə telefon danışığında ABŞ-ın Kiyevə iqtisadi və humanitar yardım göstərmək, həmçinin ona təhlükəsizlik sahəsində kömək etmək öhdəliyini bir daha təsdiqləyib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər