Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya silah tədarükünü ödəyən Avropa Sülh Fondunun 2023-cü il üçün büdcəsinin 2 milyard avroya qədər artırılmasını təsdiq edib.
Bu barədə Aİ Şurasının dərc olunmuş bəyanatında deyilir.
“Aİ ölkələrinin xarici işlər nazirləri Avropa Sülh Fondunun 2023-cü il üçün büdcəsinin 2 milyard avroya qədər artırılması barədə siyasi qərara gəliblər”, – bəyanatda deyilir.
Sənəddə qeyd edilir ki, bununla bağlı yekun qərar 2023-cü ilin əvvəlində təsdiqlənəcək.