Avropa İttifaqının (Aİ) enerji nazirləri bu gün qaz qiymətlərinin yuxarı limitinin müəyyənləşdirilməsini müzakirə edəcəklər.
27 üzv ölkədən olan enerji nazirləri Avropa Komissiyasının ötən ay təklif etdiyi yuxarı limitin tətbiq edilməsini təsdiqləmək məqsədilə Brüsseldə görüşəcəklər.
Bununla belə, ölkələr arasında yuxarı limitin tətbiq edilməsi ilə bağlı önəmli fikir ayrılıqları var. Belə ki, Belçika, Polşa və İtaliya iqtisadiyyatlarının yüksək enerji qiymətlərindən qorunması üçün yuxarı limitin müəyyənləşdirilməsinə ehtiyac olduğunu bildirirlər. Almaniya, Niderland və Avstriya isə bu qərarın çox böyük ehtiyac duyulan qaz nəqlini Avropadan uzaqlaşdıra biləcəyini bildirir.
Aİ-nin bəzi diplomatları bugünkü görüşdə yuxarı limitin tətbiq edilməsinə dair razılaşmanın əldə ediləcəyinə əmin olmadıqlarını bildiriblər.