Biləsuvarda H.Əliyev küçəsində fəaliyyət göstərən, Əsədov İlqar Saday oğluna məxsus “Uğur” pərakəndə satış müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud surətdə pozulduğu məlum olub.
Banker.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, satış üçün nəzərdə tutulan qida məhsulları anbarında istifadə müddəti bitmiş və istehlak üçün yararsız 11 ədəd 0,5 ml-lik “Nemiroff”,5 ədəd 1l-lik “Nemiroff”, 5 ədəd 0,7 ml-lik “Apertivo”, 100 ədəd 0,7 ml-lik “Nemirovskaya” əmtəə nişanlı, eyni zamanda markalanması normativ sənədlərin tələblərinə uyğun olmayan 19 ədəd 0,7 ml-lik “Artive”, 2 ədəd 1l-lik “Belova”, 1 ədəd 1l-lik “Kahlia”, 2 ədəd 0,75 ml-lik “Blavod” əmtəə nişanlı alkoqollu içkilər aşkar edilib.
Agentlikdən verilən məlumata əsasən, faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb.