Türkiyə prezidentinin sərəncamı ilə professor Sadettin Hülagü prezidentin baş müşaviri təyin edilib.
Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edək ki, Sadettin Hülagü indiyədək Kocaeli Universitetinin rektoru idi.
Sadettin Hülagü 1959-cu ildə Ərzurumda anadan olub. 1981-ci ildə İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsini bitirib. 1988-ci ildə GATA Ankara Daxili Xəstəliklər şöbəsində daxili xəstəliklər ixtisası üzrə təhsilini tamamlayıb. 2000-ci ildə professor elmi adını alıb.