Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda istehsalçı şirkət olan “Az-Lead” MMC-yə ümumi dəyəri 4.4 milyon dollarlıq layihə üzrə 4.2 milyon ABŞ dollarına ekvivalent olan yüksək təminatlı krediti təsdiqləyib.
Bu barədə AYİB-dən bildirilib. Məlumata görə, kredit üç elementdən ibarət olacaq: 1 milyon dollar şirkətin cari borcunun təkrar maliyyələşməsinə, 1.9 milyon dollar müəssisənin emal və enerji səmərəliliyinin artırılması üzrə güclərinin artımına, 1.3 milyon dollar isə akkumulyator qırıntılarının alışına yönəldiləcək. AYİB-in krediti hesabına şirkət təkrar qurğuşun istehsalının gücünü, cari 7.2 min tondan 17.3 min tona qədər artırmağı planlaşdırır.
Qeyd edək ki, “AZ-LEAD” MMC Azərbaycanda xidmət müddəti keçmiş qurğuşun-turşu akkumulyatorlarının emalı yolu ilə təkrar rafinasiya olunmuş qurğuşun istehsalı ilə məşğul olur. Şirkət 2014-cü ildə yaradılıb, Sumqayıtda fəaliyyət göstərir.