Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson vəzifəsindən getdikdən sonra xeyli miqdarda pul qazanıb.
İstefa verdikdən sonrakı müddətdə siyasətçinin gəliri ictimai çıxışlar sayəsində 1 milyon funt-sterlinqdən (1.2 milyon dollardan çox) çox olub.
Belə ki, noyabrda Conson üç çıxışına görə 750 min funt-sterlinqdən (932.6 min dollar) çox qonorar alıb. Oktyabr ayında isə o, Sığorta Agentləri və Brokerləri Şurasının konfransında yarım saatlıq çıxışına görə təxminən 276 min funt-sterlinq (343.2 dollar) qazanıb.
Qeyd edək ki, iyulun 7-də istefa verdiyini açıqlayan Britaniya hökumətinin keçmiş başçısı Kiyevi ən qızğın dəstəkləyən siyasətçi kimi yadda qalıb.