2022-ci ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 5 milyard 746.6 mln dollar artıb.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.
Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 3 milyard 848.7 mln dollar azalmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (-3 milyard 659.6 mln dollar), neft bonusu (452.2 mln dollar), portfel investisiyaları (-235.8 mln dollar) və digər investisiyalar (-405.5 mln dollar) hesabına formalaşıb.
Ölkənin maliyyə hesabında 9 milyard 595.3 milyon dollar mənfi saldo yaranıb.