2022-ci ilin 9 ayı üzrə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.6 dəfə artaraq 1.3 mlrd. dollar təşkil edib.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.
Hesabat dövründə turizm xidmətləri üzrə 692 mln. dollar idxal (yəni Azərbaycandan gedib xaricdə pul xərcləyənlər) 604 mln. dollar isə idxal (xaricilərin ölkədə turist kimi pul xərcləməsi) olub.
Bu da ölkədən gedib xaricdə pul xərcləyənlərin, ölkəyə gələn xaricilərin oul xərcləməsindən üstün olmasıdır və nəticədə turizm ximətləri balansında 88 mln. dollar həcmində kəsir yaranıb.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 67%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2.2 dəfə artıb.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 0.7 mlrd. dollar olmuşdur.
Bunun 82.9%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).