Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.
Banker.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Xatırladaq ki, qurumun İdarə Heyəti oktyabrın 28-də uçot dərəcəsinin 0.25 faiz bəndi artırılaraq 7.75 %-dən 8 %-ə qaldırılması barədə qərar qəbul etmişdi. Faiz dəhlizinin aşağı həddi 1 faiz bəndi artırılaraq 5 %, yuxarı həddi isə yenə də 9.25 % müəyyən olunmuşdu.