Sərt pul siyasətini davam etdirəcəyini açıqladı
Mərkəzi Bank inflyasiya hədəf diapazonuna (2%-6%-i nəzərdə tutur) daxil olanadək məcmu tələbin izafi genişlənməsini məhdudlaşdıracaq monetar şəraitin yaradılmasını təmin edəcək.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı bildirir.
Qeyd edək ki, Noyabrda aylıq inflyasiya 1%, illik inflyasiya 15.1% təşkil etmişdir. İllik baza inflyasiya 14.7% olub.
Bu gündən etibarən AMB-nin İdarə Heyətinin qərarı ilə faiz dərəcəsinin aşağı həddi və uçot faiz dərəcəsi 25 baza bəndi (0.25 faiz bəndi) artırılıb. AMB uçot faiz dərəcəsi 8.00%-dən 8.25%-ə qədər qaldırılıb.
“Pul siyasəti və faiz dəhlizi ilə bağlı növbəti qərarlar inflyasiya mühitində müşahidə olunan amillər və bu amillər üzrə gözlənilən dəyişikliklərin miqyasından asılı olaraq veriləcəkdir.
Pul siyasətinin yeni əməliyyat çərçivəsinin maliyyə sektorunda faizlərə təsir imkanlarından asılı olaraq faiz dəhlizinin eninin bundan sonra da daraldılması nəzərdən keçiriləcəkdir”.