9 C
Baku
Saturday, January 11, 2025

Opra Uinfridən 7 həyat dərsi

1. Kim olmaq istədiyinizi müəyyənləşdirin. “Mən öz gələcəyimi fikirləşəndə, gözümün önünə parlaq anlar gəlir”. Bəs siz gələcəyə baxanda nə görürsünüz? Bu çox vacibdir, çünki siz arzuladığınız şeyi görürsünüz. Siz öz gələcəyinizə baxanda, gözləriniz parıldayırmı? Siz öz gələcəyinizi necə görürsünüzsə, elə də olacaqsınız. Yaxşı olar ki, özünüzü necə görmək istədiyinizdən başlayın. 

2. Işinizi şövqlə edin. “Şövq-enerjidir. Diqqətinizi verdiyiniz sizi həyəcanlandıran hadisədən gələn gücü hiss edin. Hərislik sevdiyiniz işlə məşğul olanda gəlir. O, sizə uğur üçün lazım olan güc və enerji mənbəyidir. Öz maraq dairəsinizi tapın və bütün həyatınızı onun reallaşması üçün sərf edin, əslində onun nə qədər vaxt alacağı elə də əhəmiyyətli deyil.

3. Yaxşı emosiyaya köklənin. “Sizdə olan hər şeyə görə şükür edin və sonda siz daha çox əldə edəcəksiniz. Əgər siz bütün fikrinizi sizdə olmayan şeylərə kökləsəniz, onda sizi heç nə qane etməyəcək. Həyatınızda maraqlı nüanslar tapmağa çalışın və hər gün üçün minnətdar olun. Tezliklə sizin nəzər nöqteyiniz dəyişəcək, deməli həyatınız da dəyişəcək.

4. Dəyişin. “Biz olduğumuz kimi qalaraq, heç vaxt arzuladığımız kimi ola bilmərik”. Daha çox əldə etmək üçün daha yaxşı olmaq lazımdır. İnkişaf etmədiyiniz təqdirdə sizin həyatınız da dəyişməyəcək. Gün ərzində siz inkişaf və artım üçün nə edirsiniz? Əgər siz dəyişmirsinizsə, onda həyatdan da nə isə gözləməyə dəyməz. Dəyişdiyiniz müddətdə sizin həyatınız da dəyişəcək. Əgər həmişə etdiyiniz işi görürsünüzsə, onda elə əldə etdiyiniz nəticə də həmişə eyni olacaq. Başqa bir şey gözləmək ağılsızlıq olardı.

5. Səhv etməkdən və uğursuzluqdan çəkinməyin. “Elə bir işi edin ki, onun öhdəsindən gələcəyinizi fikirləşmirsiniz. Uğursuzluğa düçar olun. Bir daha edin. Ikinci dəfə sizdə daha yaxşı alınacaq. Yalnız yüksək hədəfləri olmayanlar uğursuzluğa düçar olmurlar”. Təsəvvür edin ki, balaca uşaq dalbadal iyirmi dəfə yıxılandan sonra deyir ki, yerimək mənlik deyil. Həyatınızda siz mütləq ki səhvlər edəcəksiniz, uğursuzluğa düçar olacaqsınız, hətta qanınız da qaralacaq, lakin siz yenidən sınamalısınız. Yalnız, öz çərçivəsindən kənara çıxmayan insanlar səhv etmirlər.

6. Potensialınızı artırın. “Həyatın mənası qismətinizdəki insan olmaqdadır”. Siz öz potnsialnızı maksimum istifadə edirsiniz? Siz öz bacarıq, istedad, biliyinizi 100 faizlik istifadə edirsiniz və ya əksinə hərəkətsiz vəziyyətdəsiniz?

7. Daha böyük fikirləşin. “Sizə Allah tərəfindən verilən hər şey özünüzün əldə etdiyinizdən daha çoxdur”. Yaradan sizə əldə edə biləcəyəniz ən yaxşı şeyi qazanmaq imkanı verib. Hər şeyin ən yaxşısı məhz sizin üçündür.

Son xəbərlər
Digər xəbərlər