11 C
Baku
Monday, November 25, 2024

Azərbaycan və Tacikistan bir-birinin korrupsiyaya qarşı mübarizə təcrübəsini öyrənəcək

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistanın Baş prokuroru Yusuf Raxmonun dəvəti ilə Düşənbə şəhərində işgüzar səfərdədir.

Banker.az xəbər verir ki, Baş Prokurorluqda keçirilən görüş zamanı 2023-2024-cü illər ərzində prokurorluqlar arasında Əməkdaşlıq Proqramı imzalanıb.

Səfər çərçivəsində Tacikistanın Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Maliyyə Nəzarəti Agentliyinin direktoru Süleymon Sultonzode ilə ikitərəfli görüş keçirilib. Qurumlararası əməkdaşlığın genişlənməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə korrupsiyaya qarşı mübarizə sahəsində Əməkdaşlıq haqqında Razılaşma imzalanıb.

Kamran Əliyev həmçinin Tacikistanda işgüzar səfərdə olan Səudiyyə Ərəbistanının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müaciblə görüşüb, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər