6 C
Baku
Sunday, December 15, 2024

ABŞ Rusiya bankları ilə enerji müqavilələri üçün icazənin müddətini uzadıb

ABŞ Maliyyə Nazirliyi sanksiyaya məruz qalan Rusiya bankları üçün enerji ilə bağlı əməliyyatlara icazə verən ümumi lisenziya verib. Bildirilir ki, icazə müddəti 16 may 2023-cü il tarixinədək uzadılıb, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Yenilənmiş lisenziyaya dünən, dekabrın 15-də sanksiyalar tətbiq edilən “Rosbank” da daxil edilib. Həmçinin, Rusiya Federasiyasının Mərkəzi Bankı, “Vneşekonombank”, “Otkritie”, “Sovkombank”, “Sberbank”, “VTB”, “Alfa-Bank” və 50% və ya daha çox paya sahib olduqları hər hansı digər təşkilatlarla əməliyyatların aparılmasına icazə verilir.

Sənəddə aydınlıq gətirilir ki, enerji ilə bağlı müxtəlif növ yanacağın, o cümlədən neft və qazın, həmçinin bioyanacaq və ya uranın istənilən formada istehsalı üçün istifadə olunan kömür, ağac və ya kənd təsərrüfatı məhsullarının hasilatı, daşınması ilə bağlı əməliyyatlar nəzərdə tutulur.

Xatırladaq ki, dünən ABŞ sanksiya siyahısına “VTB” ilə əlaqəsi olan Vladimir Potanin, Andrey Belousov və Dmitri Çerneşenkonu əlavə edib.

Son xəbərlər
Digər xəbərlər