Bu gün Türkiyənin İstanbul şəhərində Avropanın ən böyük təbii qaz anbarının açılışı olub.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Silivri anbarı 4,6 milyard kubmetr tutuma malikdir və soyuq qış günlərində belə ölkənin qaza olan tələbatının 25 %-ni ödəmək gücündədir.
“Bu təsisat İstanbulda yeni yaşayış yerlərinin təbii qaz ehtiyacını 1 il təkbaşına ödəyəcək”, – o deyib.