10 C
Baku
Thursday, December 12, 2024

İki nəhəng su planeti aşkar edilib

Planetoloqlar Lira bürcündə yerləşən Kepler-138c və Kepler-138d ekzoplanetlərini ətraflı tədqiq edərək müəyyənləşdiriblər ki, hər iki planet kimyəvi tərkibinə görə Saturn və Yupiterin peyklərinə oxşar, lakin səthi sudan ibarət nəhəng ekzoplanetlərdir.

Bu barədə Kanada Monreal Universitetinin mətbuat xidməti məlumat yayıb.

“Keçmişdə biz Yerdən bir qədər böyük olan bütün planetlərin qaya və metal kürələri olduğunu düşünürdük. Biz aşkar etdik ki, ən azı iki planet, Kepler-138c və Kepler-138d belə deyil – onlar demək olar ki, tamamilə sudan ibarətdir. Bu kəşf belə nəhəng su aləmlərinin mövcud ola biləcəyinin ilk 100%-lik təsdiqidir”, – deyə Monreal Universitetinin professoru Byorn Benneke bildirib.

Onun sözlərinə görə, son bir neçə il ərzində astronomlar mindən çox ekzoplanet və Yerə bənzər daha bir neçə min mümkün namizəd aşkar ediblər.

Son xəbərlər
Digər xəbərlər