6 C
Baku
Sunday, December 15, 2024

“Səudiyyə Ərəbistanı Qarabağa investisiya yatırmaq niyyətindədir” – NAZİR

Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu ərazilərin inkişafı hazırda Azərbaycandan asılıdır.

Bunu Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz Əl-Faleh jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, bölgə üçün ən vacib məqam normal həyatın geri qaytarılmasıdır.

Nazir bildirib ki, Azərbaycana tərkiində özəl sektorun da olduğu böyük nümayəndə heyəti ilə gəlib: «Hazırda burada mənimlə birlikdə Səudiyyə Ərəbistanından gələn böyük nümayəndə heyəti var. Təkcə dövlət deyil, eyni zamanda, özəl sektorun nümayəndələri, o cümlədən energetika, xüsusilə yaşıl enerji, turizm, otel biznesi və kənd təsərrüfatı sahəsinə fəaliyyət göstərən və yatırım etməkdə maraqlı olan investorlar da buradadırlar».

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Azərbaycanın Qarabağ bölgəsinə investisiya yatırmaq niyyətindədir: «Zəngilan aeroportu və yeni tikilən kənd bizi təəccübləndirdi. Bura ailələrin yaşaması üçün gözəl məkandır».

Son xəbərlər
Digər xəbərlər