10 C
Baku
Tuesday, November 26, 2024

Otellərin bayrama görə qiymətləri artırmasına RƏSMİ cavab

Bayram günləri otellərdə qiymətlərin yüksəlməsini bazar tənzimləyir. Buna dövlət nəzarət etmir.

Bunu Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə Yeni il bayramı ilə əlaqədar otellərdə qiymətlərin yüksək olmasına barədə sualını cavablandırarkən deyib.

Agentlik rəsmisi qeyd edib ki, tələbat artdıqca, turizm sahəsində qiymətlər də artır:

“Bu, bütün sahələrdə belədir. Necə ki, bayramqabağı bazar və marketlərdə qiymətlər yüksəlir, turizm sahəsində də eyni hal müşahidə edilir. Məsələn, hazırda olduğumuz “Şahdağ” Turizm Mərkəzində yanvar ayının sonuna qədər bütün yerlər tam dolub. Yəni tələbat artdıqca, qiymətlər də yüksəlir. Bu, bazar iqtisadiyyatıdır, dövlət tərəfindən tənzimlənmir”.

Son xəbərlər
Digər xəbərlər