İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında bərpa və yenidənqurma prosesinə Səudiyyə Ərəbistanı İnkişaf Fondu və Səudiyyə İnvestisiya Fondu tərəfindən maliyyə vəsaiti ayrıla bilər.
Bunu Azərbaycan Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının 7-ci iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.
O bildirib ki, Səudiyyə Ərəbistanından olan özəl şirkətlərin də Qarabağın bərpa prosesində iştirakı nəzərdən keçirilə bilər.
Nazir həmçinin əlavə edib ki, indiyə qədər Qarabağın yenidən qurulmasına 4 milyard dollar vəsait xərclənib.