İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığınının investisiya naziri Xalid bin Əbdül-Əziz Əl-Falih ilə görüşüb.
Banker.az xəbər verir ki, bu barədə nazir M.Cabbarov öz rəsmi Twitter səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişafı, o cümlədən investisiyaların təşviqi barədə fikir mübadiləsi aparılıb.