2022-ci ilin ilk 11 ayı ərzində Azərbaycandan 150 milyon 836 min dollar dəyərində 127 447 ton pomidor ixrac edilib.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.
2021-ci ilin ilk 11 ayı ərzində Azərbaycandan 140 milyon 582 min dollar dəyərində 129 631 ton pomidor ixrac edilmişdi. Beləliklə, pomidor ixracı dəyər ifadəsilə 7.3% artıb, miqdar ifadəsilə 2% azalıb.
2022-ci ilin təkcə noyabr ayında 13 milyon 696 min dollar dəyərində 12 539 ton, oktyabr ayında Azərbaycandan 2 milyon 861 min dollar dəyərində 2 554 ton pomidor ixrac edilib. Sentyabr ayında isə Azərbaycandan 50 min dollar dəyərində 52 ton pomidor ixrac edilmişdir.