İş adamı İlon Maskın sorğusunda səs verən “Twitter” istifadəçilərinin yarıdan çoxu onun sosial şəbəkənin baş direktoru vəzifəsindən getməsinin tərəfdarı olub, Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
Dekabrın 19-u saat 15:40-a olan məlumata görə, sorğuda iştirak edənlərin 57.5%-i milyarderin istefasının lehinə, 42.5%-i isə əleyhinə çıxıb. Ümumilikdə sorğuda 17.5 milyon insan iştirak edib.
“Necə deyərlər, arzularında diqqətli ol, çünki onlar gerçəkləşmək xüsusiyyətində malikdirlər”, – deyə Mask yazıb.
Xatırladaq ki, daha öncə Mask sosial şəbəkədə istifadəçiləri “Twitter”in rəhbəri kimi qalmağı, yoxsa getməyi qərara almağa dəvət edən sorğu başladıb. Sahibkar söz verib ki, izləyicilərinin qərarına sadiq qalacaq.
Sosial şəbəkəni almaq üçün sövdələşməni bağladıqdan sonra Mask media şirkətində bir sıra dəyişikliklər edib. Digər şeylər arasında o, işçilərinin yarıdan çoxunu işdən çıxarıb və əvvəllər bloklanmış istifadəçi hesablarını geri qaytarıb. Xatırladaq ki, milyarder sosial şəbəkəni 44 milyard dollara alıb.