Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs “AistGroup” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillərin satışının onlayn qaydada həyata keçirilməsi məqsədilə “Mənzillərin satışı portalı”nın yaradılması və Agentlik üçün tərtib olunmuş funksional tələblər üzrə xidmətlərin elektronlaşdırılması üçün proqram təminatının satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 155 100 manatdır.