14 C
Baku
Saturday, November 23, 2024

Pakistan Azərbaycandan 20 min ton təbii qaz idxal edəcək

Pakistanın energetika nazirinin neft üzrə müavini Musadiq Məsud Malik yaxın 2 ayda ehtiyacı ödəmək üçün Azərbaycandan əlavə 20 min ton təbii qaz idxal edəcəklərini açıqlayıb.

Banker.az “TRT Avaz”a istinadən xəbər verir ki, Malik bu barədə yerli televiziya kanalına verdiyi müsahibədə danışıb.

Yerli mətbuatda yer alan xəbərə görə, Malik bildirib ki, hökumət Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) təbii qaz boru kəməri layihəsi üzərində çalışır və layihə başa çatdıqdan sonra Pakistan Azərbaycandan təbii qaz idxal edəcək.

Malik vurğulayıb ki, ölkənin təbii qaz ehtiyatları ildən-ilə azalır və bu vəziyyət tələbatı xaricdən ödəmək üçün təzyiq yaradır.

Önümüzdəki 2 aylıq ehtiyacı ödəmək üçün Azərbaycandan əlavə 20 min ton təbii qaz idxal edəcəklərini açıqlayan Malik, Rusiyadan xam neft idxalını müzakirə etmək üçün 2023-cü ilin yanvar ayında Moskvadan nümayəndə heyətinin Pakistana gələcəyini bildirib.

Xatırladaq ki, Türkmənistan təbii qazını Əfqanıstan üzərindən Pakistan və Hindistana daşıyacaq Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) təbii qaz boru kəməri layihəsinin tikintisinə 2017-ci ildə başlanılıb.

Son xəbərlər
Digər xəbərlər