9 C
Baku
Thursday, December 12, 2024

“Christie’s” və “Sotheby’s” ili rekord satışlarla başa vurublar

“Christie`s” hərrac evi bu il rekord nəticə göstərib. Onun press-relizinə görə, hərrac evinin satışları 2021-ci ildən 17% artaraq 8.4 milyard dollar təşkil edib (dollarla) və bu, “incəsənət bazarı tarixində ən yüksək illik göstəricidir”. “Sotheby`s” hərrac evi də bu il rekord satışlar gözləyir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Christie’s”in hesabatına görə, bu il satışlarda ən böyük payı Şimali və Cənubi Amerikadan olan alıcılar təşkil edib – 40% (bir il əvvəl 35%). Avropa, Yaxın Şərq və Afrikadan olan alıcıların payı ötən illə müqayisədə dəyişməyib və 34% təşkil edib. Lakin Asiyadan olan alıcıların payı nəzərəçarpacaq dərəcədə azalıb – 31%-dən 26%-ə.

“Sotheby`s” hərrac evi hələ yekun hesabatı dərc etməyib. Bununla belə, keçən həftə o, dekabrın 14-də onun satışlarının 6.4 milyard dollar təşkil etdiyini və dekabrın sonuna qədər şirkətin hələ də 30-a yaxın hərrac keçirməsi ilə ümumi satışların 8 milyard dollara çatacağını bildirib.

Son xəbərlər
Digər xəbərlər