“Unibank” Kommersiya Bankı” ASC səhmdarlarının dekabrın 6-da keçirilən növbədənkənar ümumi yığıncağın qərarı ilə Fərid Abuşov İdarə Heyətinin sədri təyin edilib.
Fərid Abuşov Böyük Britaniyanın University College London (UCL) Universitetinin “İqtisadiyyat” və Royal Holloway Universitetinin “Ekonometrika və İqtisadiyyat” ixtisasları üzrə məzunudur.
2007-ci ildə DəmirBank-da şöbə müdiri kimi işə başlayıb.
2008-2009 illərdə Xəzinədarlıq departamentinin direktoru
2009-2012 illərdə Risklərin idarə edilməsi departamentinin direktoru
2012-2013 illərdə bankın Baş Risk İnzibatçısı (CRO)
2013-2016 illərdə bankın Baş Əməliyyat İnzibatçısı, Baş Maliyyə İnzibatçısı
2016 ildən 2018 ilə DəmirBankın lisenziyası ləğv edilənə qədər bankın İdarə Heyətinin Sədri kimi çalışıb.
2019-cu ilin iyun ayından Unibank komandasına qoşulub. 2021-ci ilin noyabrındakı təyinata qədər İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
2021-ci ilin noyabrından bu tərəfə Bankın İdarə heyəti sədrinin birinci müavini, “Unibank”ın İcraçı direktoru idi.