16 C
Baku
Friday, October 18, 2024

Xaricdən ət alışı artır – 72 milyon dollar xərclənib

2022-ci ilin 11 ayında Azərbaycana xaricdən 72 milyon 202 min dollar dəyərində 38 min 348 ton ət idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsində 9 milyon 909 min dollar (16% çox), miqdar ifadəsində isə 2 044 ton (6% çox) artıb.

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 62 milyon 293 min dollar dəyərində 36 min 304 ton ət idxal edilmişdi.

Son xəbərlər
Digər xəbərlər