Rusiya prezidenti Vladimir Putin İrkutsk vilayətindəki “Kovıktinskoye” yatağı və ondan videobağlantı vasitəsilə “Sila Sibiri” (“Sibirin Gücü”) qaz kəmərinin Kovıqta-Çayanda hissəsini işə salıb.
“Kovıktinskoye” Şərqi Sibirdə ən böyük olan unikal qaz-kondensat yatağıdır. Onun çıxarıla bilən ehtiyatları 1.8 trilyon kubmetr qazdır.
Xatırladaq ki, “Sila Sibiri” kəməri vasitəsi ilə Rusiya Qazı Çinə ixrac olunur. Sözügedən kəmərlə qazın nəqlinə 2019-cu ilin sentyabrında başlanılıb. Qaz kəmərinin maksimal illik ixrac gücü 38 mlrd. kubmetrdir. Maksimal göstəricilərə “Qazprom” 2025-ci ildə nail olmağı planlaşdırır. 30 müqavilə ilində Çin istehlakçıları bu kəmərlə 1 trln. kubmetrdən çox qaz alacaqlar. Boru kəmərinin inşası beş il davam edib və 1.1 trln. rubla başa gəlib.