Dekabrın 24-dən 25-nə keçən gecə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 25-ci km-də (Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun qarşısında) avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılmasıdır.
Qurum sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş edib.