Amerikanın böyük qida məhsullarının istehsalçısı olan “Kellogg” Rusiyadakı bizneslərini “Chernogolovka Group”a satmağa razılıq verib, Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir. Ekspertlər müqavilənin mümkün dəyərini 6-7 milyard rubl dəyərində qiymətləndirirlər.
Daha əvvəl məlum olub ki, amerikan brendi olan “Pringles” çipsləri Rusiya mağazalarında rəflərdən yoxa çıxmağa başlayıb. Bu, “Kellogg”un Ukraynada müharibə başlayandan sonra tədarükü dayandırması ilə əlaqəli olub.
Ümumilikdə, istehsalçı Rusiyanın Voronej, Pskov və Vyazma şəhərlərində üç zavod idarə edib. Müəssisələrdə həmçinin “Lyubyatovo”, “Unicorn”, “Dinosaurs” və “Extra” peçenyesi istehsal olunub.
“Kellogg” özünü dünyanın ən böyük səhər yeməyi istehsalçısı kimi təqdim edir. 2022-ci ilin üç rübünün nəticələrinə əsasən, şirkətin xalis mənfəəti 6.7% artıb və ilin sonunda 11.48 milyard dollar təşkil edib. “Kellogg”un nümayəndələri bu rəqəmi artırmağı planlaşdırdığını söyləyiblər.