6 C
Baku
Sunday, December 15, 2024

Kremldən Paşinyanın Rusiya sülhməramlıları ilə bağlı tənqidinə cavab

Rusiya Federasiyasının sülhməramlıları çalışdıqları ərazilərdə asayişi təmin etmək üçün hər şeyi edir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyanı Laçın dəhlizində üzərinə düşən öhdəliyi yerinə yetirməməklə bağlı ittihamını şərh edən Kremlin sözçüsü ölkəsinin mövcud sənədlərə müvafiq hərəkət etdiyini söyləyib.

“Rusiya Federasiyası Ermənistanla Rusiya sülhməramlılarının Qarabağdakı işi mövzusunu müzakirə etməyə davam edəcək”- deyə Peskov qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər