Çinli elektronika istehsalçısı “Xiaomi Corp” üç rüb ardıcıl olaraq gəlir və mənfəətin azalmasından sonra xərcləri kiçiltmək üçün iş yerlərinin 10%-ni ixtisar edəcək. “Financial Times” qəzeti “Xiaomi”nin həmtəsisçisi və baş direktoru Lei Junun ona məxsus olan işçilərə müraciətinə istinadən xəbər verir ki, ixtisarlar bir çox bölmələrə, o cümlədən şirkətin smartfon biznesinə təsir edəcək.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“FT” qeyd edir ki, həmçinin üç top-menecer, o cümlədən prezident Van Xiang da şirkəti tərk edəcək.
“Xiaomi” 2010-cu ildə yaradılıb. Şirkət smartfonlar, planşetlər, noutbuklar, televizorlar, ağıllı saatlar və ağıllı velosipedlər, həmçinin buxar və su test cihazları istehsal edir. Onun məəhsulları 100-dən çox ölkədə təqdim olunur.
“Xiaomi” səhmləri cümə günü Honkonqdakı hərracda 2% ucuzlaşıb. Bu ilin əvvəlindən onların dəyəri 43% azalıb.