14 C
Baku
Saturday, November 23, 2024

Bakı-Quba-Rusiya yolunun bir hissəsi istifadəyə verilib

Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 64 kilometrlik hissəsi istifadəyə verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli deyib ki, yol Prezident İlham Əliyevin tapşırığına əsasən, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində açılıb.

Açılış mərasimində AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov, Quba və Siyəzən rayonlarının icra hakimiyyəti başçıları iştirak edib.

Bildirilib ki, Qubadan Bakı istiqamətində yenidən qurulan 67 kilometrlik yolun son 3 kilometrində işlər 2023-cü ilin yanvar ayında tam başa çatdırılacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər