19 C
Baku
Sunday, May 5, 2024

İşçinin məzuniyyət haqqı necə hesablanır? – AÇIQLAMA

İşçi bir yerdə 6 ay işlədikdən sonra onun əmək məzuniyyətindən istifadə etmək hüququ yaranır.

İşçinin məzuniyyət haqqı son 12 təqvim ayının orta aylıq əməkhaqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyən işçinin orta aylıq əməkhaqqı isə onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Bir günlük məzuniyyət haqqını hesablamaq üçün orta aylıq əməkhaqqının məbləği tapılmalıdır. Bunun üçün son 12 təqvim ayının əməkhaqqının toplanmış məbləğini 12-yə bölmək və daha sonra alınan məbləği 30,4-ə bölmək lazımdır.

Bu qayda ilə tapılan bir günlük əməkhaqqının məbləği məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur.

Məzuniyyət haqqını kalkulyator vasitəsilə də hesablamaq olar.

 

İl ərzində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə edilmədikdə işçiyə həmin günlərə görə kompensasiya ödənilir.

Məzuniyyət haqqının ödənilməsi qaydaları Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən tənzimlənir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər