®(ABŞ-da iqtisadi artım dollara dəstək oldu)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftə ABŞ-da iqtisadiyyatın proqnozlaşdırılandan daha çox böyüməsi dolların dünya birjalarındakı qiymətlərinə dəstək oldu. Nəticədə EURUSD cütlüyündə artım tendensiyası səngimiş, dollar digər major valyutalar qarşısında bir qədər bahalaşmışdır.
Bu həftə isə Milad həftəsi olması səbəbindən birjalarda durğunluğun yaşanacağı ehtimal olunur.
Hazırda 104 bənd hədlərində qərarlaşan dollar indeksində (DXY) “Buğa”lar DXY-ı 106 bənd həddinin üzərinə qaytara bilsələr, artım tendensiyası 108 və 110 bənd hədlərinə kimi yüksələ bilər.
Bu həftə çərşənbə günü və cümə axşamı Amerikada dərc olunacaq mənzil bazarı və əmək bazarına dair statistik göstəricilər inestorların diqqət mərkəzində olacaq.
EUR
Ötən həftə üfüqi tendensiya sərgiləyən EURUSD cütlüyündə “Ayı”lar qiymətləri 1.06$ həddinin altına sala, orada qalıcılığını təmin edə bilsələr və DXY 106 bənd hədləri üzərinə yüksələrsə, avro dollar qərşısında 1.04$-ə qədər ucuzlaşa bilər.
GBP.
Ötən həftə İngiltərədə kəsrlə açıqlanan ÜDM göstəriciləri funt-sterlinqin üzərində təzyiqləri artırmış, nəticədə GBPUSD məzənnəsi 1.20$-a kimi ucuzlaşmışdır. Birjalarda bu həftə durğunluq gözlənilsə də, analitiklər funtun ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırırlar.
GOLD.
ABŞ-da iqtisadiyyatın proqnozlaşdırılandan daha çox böyüməsi dolların bahalaşmasına dəstək oldu. Nəticədə qızıl 1780$ hədlərinə kimi ucuzlaşdı. Lakin ötən həftənin son ticarət günündə buradan dəstək sarı metal bir qədər bahalaşaraq həftəni 1797$-da tamamladı. Dollar indeksində artım tendensiyası davam edərsə və “Ayı”lar qiymətləri 1790$ həddindəki dəstək səviyyəsinin altına qaytara bilsələr, qiymətli metalın bir unsiya üzrə dəyəri 1739$ və 1720$-a kimi ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.