11 C
Baku
Monday, November 25, 2024

Azərbaycan taxtanı Rusiyadan bu il 50-60% baha qiymətə alır

Azərbaycanın Rusiyadan tikintinin komponentlərində əsas olan taxta materiallarının qiyməti 50-60% arasında baha idxal edilir.

Banker.az xəbər verir ki, Azərbaycan 2022-ci ilin ilk 10 ayında $305.67 mln.-lıq taxta materialları idxal edib.

Taxta materiallarının ən böyük hissəsi illərdir ki, Rusiya Federasiyasındandır. Məsələn, 2022-ci ilin ilk 10 ayında RF-dən $206.7 mln.-lıq odun materiallar idxal edib.

Azərbaycan əsasən RF-dən şam ağacı idxal edir. İynəyarpaqlı ağaclardan uzununa doğranmış meşə materiallarını ötən il hər kub-metri üzrə 132.4 dollar xərc çəkmişdirsə, bu il bu rəqəm 52% yuxarıdır. Hər kub üzrə şam ağacının kub-metri 201 dollar xərc çəkir.

Ölkənin bu meşə materialının idxalı üzrə idxalı isə 29% azalıb. 2022-ci ilin ilk 10 ayında  323 min kub-m şam ağacı $64.91 mln.-a idxal edilib.

 Ağ şam ağacından və ya küknardan uzununa doğranmış meşə materiallarının hər kub-m üzrə Rusiyadan illik müqayisədə 57% bahadır. 2021-ci ilin ilk 10 ayında hər kub-m üzrə ölkənin xərci ortastatistik 130.2 dollar təşkil edirdisə, cari ilin eyni dövründə 204.2 dollara yüksəlib.

Hesabat müddətində Azərbaycan şimal qonşusundan  285.5 min kub-m (37.16 mln. dollar) ağ şam ağacından və ya küknar materialı idxal edib.

 Oduncaqdan ağacyonqarlı plitələr ( “DSP”) 2021-ci ildə hər isə, yaranmış bahalaşma trendinin əksi olaraq 8% ucuz olub. Hər kub-metri 2021-ci ildə  261.6 dollardısa, bu il bu ortastatistik göstərici 239.8 dollara düşüb. Rusiyadan idxal  15% artaraq 115.24 min kub-metr ($27.64 mln) təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər