Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “NBC Lizinq” MMC-ni məhkəməyə verib.
Banker.az xəbər verir ki, Aqrar Kredit və İnkişaf Agentliyinin iddiası Şirvan Kommersiya Məhkəməsinin hakimi İlqar Cabbarovun icraatındadır.
Aqrar Kredit və İnkişaf Agentliyi “NBC Lizinq” MMC-nin arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Borc müqaviləsi üzrə mübahisələrdir.
Xatırladaq ki, “NBC Lizinq” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 49 950 manatdır. Şirkətin təsisçiləri 40% payla ləğv prosesində olan “NBC Bank” ASC və 60% payla hər iki maliyyə qurumunun daxil olduğu “Nurgun Group” MMC-dir.