ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens 2024-cü il seçkilərində prezidentliyə namizəd kimi rəsmi qeydiyyatdan keçib.
Bu barədə “Washington Examiner” məlumat yayıb.
Qəzetin yazdığına görə, Pens seçkidə iştirak üçün rəsmi müraciət edən ikinci respublikaçı olub.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp da prezidentliyə namizədliyini rəsmən açıqlayıb.