Yaponiyanın “Inpex” şirkəti ilə ABŞ-ın “Venture Global” şirkəti arasında mayeləşdirilmiş qaz (LNG) tədarükünə dair 20 illik müqavilə imzalanıb.
Bu barədə “Inpex” şirkəti məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə tikintisinə başlanılması planlaşdırılan “CP2” LNG zavodundan Yaponiyaya ildə 1 milyon ton mayeləşdirilmiş təbii qaz tədarükü gözlənilir.
Hazırda “Inpex” xarici ölkələrdən ildə təxminən 7 milyon ton LNG alır. Yaponiya şirkəti 2030-cu ilə qədər bu həcmi 10 milyona çatdırmağı planlaşdırır.