10 C
Baku
Monday, November 25, 2024

Parlamentə DSMF-nin investisiya fəaliyyətinə dair qanun layihəsi təqdim olunacaq

Dövlət Sosial Müdafiə Fondunun investisiya fəaliyyətinin əsaslarını müəyyən edən qanun layihəsi hazırlanacaq.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, DSMF-nin büdcəsi müzakirə olunarkən onun investisiya fəaliyyətinin əsaslarının müəyyən etməsi ilə bağlı təkliflər səsləndirilir: “Artıq bu təkliflər nazirlik tərəfindən müsbət qarşılanıb və DSMF-nin investisiya fəaliyyətinin əsaslarını müəyyən edən qanun layihəsi yaz sessiyasında müzakirəyə təqdim ediləcək”.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər