6 C
Baku
Monday, December 16, 2024

Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsinə görə yeni cərimələr təsdiqlənib

Milli Məclis (MM) telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsinə görə müəyyən edilən yeni cərimələri təsdiqləyib.

Parlamentin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularından ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan telekommunikasiya vasitələri və qurğuları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər 80 manatdan 100 manatadək, vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə cərimə ediləcəklər.

Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsinə və idxalına görə inzibati xətanın törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər 500 manat məbləğdə, vəzifəli şəxslər 900 manat məbləğdə, hüquqi şəxslər 1 500 manat məbləğdə cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər 1 000 manat məbləğdə, vəzifəli şəxslər 1 500 manat məbləğdə, hüquqi şəxslər 2 500 manat məbləğdə cərimə ediləcək.

Dəyişiklik layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər