Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 915 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.
Banker.az xəbər verir ki, 27 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın 916.1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (909.5 dollar) ilə müqayisədə 0.7% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.